Canlı
Bədii gimnastika üzrə millimiz olimpiya oyunlarında 2-ci qızıl medalını əldə edib

2018-10-11 / 10:06

Azərbaycan millisi Argentinanın paytaxtı Buenos Ayresdə keçirilən yeniyetmələrin 3-cü olimpiya oyunlarında 2-ci qızıl medalını əldə edib. Bu mükafatı komandamıza bədii gimnastika üzrə yarışlarda Yelizaveta Luzan qazandırıb. Təmsilçimiz qrup lent hərəkətlərində 1-ci yeri tutub. Bundan əvvəl cüdo yarışlarında Vüqar Talıbov qızıl və taekvondoda Cavad Ağayev bürünc medala yiyələnib.

Vəfa Şairova