Bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar. Çoxnövçülük proqramında İsrail yığması birinci, İtaliya millisi ikinci pillədə qərarlaşıb. Azərbaycanı təmsil edən Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət kollektiv isə bürünc medalın sahibi olub. Yarışlar mayın 5-nə kimi davam edəcək.
Fərid Mehdiyev