2021-03-31 10:12
"31 mart tarixi, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğının qurbanlarının xatirəsinin anıldığı Azərbaycanlıların Soyqırımı Günüdür. Xarici İşlər Nazirliyinin bəyanatında 1918-ci ilin mart qırğınlarının radikal millətçi ermənilərin azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasət olduğu bildirilib. Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüz siyasəti çərçivəsində Ermənistan Xocalı soyqırımı da daxil olmaqla, soyqırımı aktları, çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törədib. 44 günlük müharibə zamanı Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc insanlarını məqsədyönlü şəkildə raket hücumlarının hədəfinə çevirilib. "Beləliklə də, Ermənistan bir əsr öncəki Mart qırğınının xatirələrini geri qaytardı" - deyə nazirliyin bəyanatında qeyd olunub. Qeyri-insani cinayətlərin qarşısının alınması və gələcəkdə təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyi vurğulanıb.
Fərid Mehdiyev