Bütün müəllimlər sertifikatlaşmadan keçəcək
2020-06-09 16:04
Müəllimlərin sertifikasiya prosesində iştirakı məcburidir, bu proses bütün müəllimlərə şamil olunur. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun sözlərinə görə, məktəb müəllimlərin sertifikatlaşdırılması iki mərhələdə aparılacaq. Birinci mərhələdə müəllimlər test imtahanı verəcəklər, ikinci mərhələdə - müsahibə olacaq. Sertifikatlaşdırmadan keçən şəxslər 5 il müddətində ümumtəhsil müəssisəsində fəaliyyət göstərmək imkanı qazanacaqlar.
Vüsalə Camal