Bütün kənd təsərrüfatı yarmarkaları fəaliyyətini bərpa edəcək - Nazir
2021-06-10 14:08
Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən və pandemiya şəraiti ilə əlaqədar dayandırılan bütün yarmarkalar fəaliyyətini bərpa edəcək. Nazir İnam Kərimovun sözlərinə görə, pandemiya şəraiti ilə bağlı yumşalmalar olduqca məhdudiyyətlər daha az tətbiq edildiyi halda yarmarkalar da təhlükəsizlik tədbirlərinə riayət edilməklə təşkil olunacaq.
Fərid Mehdiyev