Bütün cəbhə boyu ermənilərin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub
2020-10-23 11:02
Bütün cəbhə boyu ermənilərin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı mövcuddur. Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. Döyüş mövqelərini qorumaq üçün nizami ordu bölmələri çatışmadığından onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilir. Məlum olub ki, Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilən şəxsi heyət döyüşlərə girməkdən imtina edir, fərarilik edərək mövqeləri tərk edir. Hazırda bütün cəbhə boyu döyüşlər davam edir.
Nərgiz Camal