Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilən Qələbə paradı keçirilir
2020-06-24 12:00
Rusiyanın paytaxtı Moskvada Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilən Qələbə paradı keçirilir. Mərasimdə Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edir. Paradda Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyətin keçidi olub. Qırmızı meydandan hərbçilərimiz Azərbaycan istehsalı olan silahlarla təntənəli keçid edib.
Vəfa Şairova