Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
2027-2030-cu illəri əhatə edəcək yeni Strategiyanın və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri hazırlanıb.Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin iclasında bildirib ki, layihələr İqtisadi Şurada geniş müzakirə olunaraq Prezidentə təqdim edilib. Strategiya üzrə son tamamlanma işləri aparılır və sənədin yaxın aylarda təsdiqlənməsi gözlənilir. 2026-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 3,4 milyard manatı işğaldan azad olunuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin payına düşəcək.Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb.
24 sentyabr 2026

