Böyük Kəsik-Bakı sərnişin qatarı Dəliməmmədli stansiyasında ləngiyib

2019-08-09 11:55

Böyük Kəsik-Bakı sərnişin qatarı Dəliməmmədli stansiyasında ləngiyib. Vaqondakı sərnişinlərdən biri 41 yaşlı Elşən Hüseynovun vəziyyəti pisləşib. Bu səbəbdən qatarın hərəkəti dayandırılıb və bələdçilər tərəfindən hadisə yerinə Təcili Tibbi Yardım briqadası çağırılsa da Elşən Hüseynov dünyasını dəyişib. Yaxınlarının bildirdiyinə görə, mərhum uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş. Hadisə nəticəsində Böyük-Kəsik-Bakı sərnişin qatarı 1 saat ləngimə ilə Bakı sərnişin stansiyasına çatıb.

Ruhəngiz Hacızadə