"Böyük Dəbilqə"da daha 3 cüdoçumuz mübarizəyə başlayır
Azərbaycanın daha üç cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində bu gün mübarizəyə başlayacaq.Yarışın ikinci günündə olimpiya çempionu Hidayət Heydərov tatamiyə çıxacaq.Həmçinin Kamran Süleymanov və Südabə Ağayeva da qüvvəsini sınayacaq.Ötən gün Azərbaycan təmsilçilərindən Balabəy Ağayev , Könül Əliyeva qızıl, Rəşad Yelkiyev bürünc müdal qazanıb.
30 oktyabr 2026

