"Böyük Dəbilqə"də idmançılarımız medal qazanıb
Monqolustanda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin ilk günündə Azərbaycan yığması iki medal qazanıb. Balabəy Ağayev 60 kiloqram çəki dərəcəsində finalda yaponiyalı dünya çempionunu məğlub edərək qızıl medal əldə edib. Nizami İmranov isə 66 kiloqramda bürünc medal uğrunda görüşdə yerli idmançıya qalib gələrək üçüncü olub. "Böyük Dəbilqə" iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur.
19 iyun 2026

