Böyük Dəbilqədə Azərbaycan cüdoçusu bürünc medal uğrunda yarışacaq
2021-04-01 18:00
Azərbaycan millisinin 7 cüdoçusu bu gün Türkiyənin Antalya şəhərində start götürən Böyük Dəbilqədə mübarizəyə başlayıb. 60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/16 finalda Livanlı rəqibinə qalib gəlsə də, növbəti görüşdə İtaliyalı idmançı ilə bacarmayıb. Rövşən Əliyev 1/8 finalda dueldən məğlub ayrılaraq mübarizəni dayandırıb. Yaşar Nəcəfov təsnifatda güclü olsa da, növbəti raundda uduzub. Orxan Səfərov yarımfinala vəsiqə qazanıb, bürünc medal uğrunda görüşə çıxacaq. Yığmanın digər 10 cüdoçusu mübarizəyə 2-3 apreldə qoşulacaq.
Vüsalə camal