Böyük Britaniyanın taekvondo üzrə dünya çempionatı start götürüb

2019-05-15/ 14:03

Bu gün Böyük Britaniyanın Mançester şəhərində taekvondo üzrə dünya çempionatı start götürüb. Yığmamız mötəbər yarışda 10 idmançı ilə təmsil olunur. İlk gündə millimizin 1 üzvü mübarizə aparacaq. 58 kq çəki dərəcəsində Qaşım Maqomedov dayanq üzərinə çıxacaq. Turnir mayın 19-dək davam edəcək.

Vəfa Şairova