Canlı
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ermənistanın hazırkı status-kvonu davam etdirməsinə təəssüflənir

Dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməlidir. Bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Kerol Meri Krofts Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşündə deyib. Ermənistanın hazırkı status-kvonu davam etdirməsindən təəssüfləndiyini bildirən səfir qeyd edib ki, Böyük Britaniya münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. Səfirlik tərəfindən məcburi köçkün olan şagirdlərə müvafiq məktəb ləvazimatının verilməsi məsələsi də müzakirə olunub.

Ruhəngiz Hacızadə