Böyük Britaniya səfiri Gəncəyə raket hücumunun ildönümü ilə bağlı paylaşım edib
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old tviter hesabında Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi terror aktı ilə bağlı paylaşım edib. “Dünən Cənab Prezidentə dediyim kimi, iki il evvəl Gəncə şəhərinə dəhşətli raket hücumları zamanı həlak olanların hamısının ailələrinə başsağlığı vermək istərdim. Yanvar ayında öz gözlərimlə məhvi gördüm” - paylaşımda qeyd edilib.