Bölgədəki vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür
2020-10-11 18:08
“Mülki obyektlərin Ermənistan tərəfindən qəsdən atəşə tutulması beynəlxalq hüququn əsas normalarına və öhdəliklərinə riayət etmək istəmədiyini bir daha nümayiş etdirir”. Azərbaycanın Rusiyadakı səfirliyinin Moskvada əldə olunmuş atəşkəs şərtlərinin Ermənistan tərəfindən pozulması ilə əlaqəli açıqlamasında deyilir ki, Azərbaycan tərəfi Ermənistanın növbəti təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti işğalçı Ermənistanı beynəlxalq hüquq və beynəlxalq öhdəliklərə riayət etməyə məcbur etmək üçün təsirli tədbirlər görməyə çağırır. Bölgədəki vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Nərgiz Camal