Bölgədəki gərginliyin tam məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür. Ceyhun Bayramov
2020-10-05 11:06
Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borellə bölgədəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıb. Ermənistan tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturunun məqsədli şəkildə hədəfə alınması, o cümlədən ölkənin ikinci böyük şəhəri olan Gəncənin raket atəşinə tutulmasını qeyd edən nazir itkilərlə bağlı da məlumat verib. Bölgədəki gərginliyin tam məsuliyyətinin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü deyib.
Nərgiz Camal