Bölgədəki atəşkəs şəraitində Fransanın hər hansı rolunu görmürük. XİN
2021-06-02 10:00
Bölgədə atəşkəs təmin edilir və bunun əsasında Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı birgə Bəyanat dayanır. Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri sülhməramlı missiyanı yerinə yetirərək atəşkəsin təmin olunmasına çalışırlar. Bu məsələdə Fransanın hər hansı rolunu görmürük. Bunu Xarici İşlər Nazirliyinin sözcüsü Leyla Abdullayeva Fransa Prezidenti Emmanuel Makronun Ermənistan baş naziri ilə birgə mətbuat brifinqində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. "Ümid edirik ki, həmsədrlik mandatına uyğun olaraq Fransa tərəfindən neytral və qərəzsiz mövqe sərgilənəcək", - deyə o, sözlərinə əlavə edib.
Nərgiz camal