Bölgədə ciddi təhlükə yaradan bu təcavüzkarlığın qarşısı dərhal alınmalıdır - Hulusi Akar
2020-09-27 16:01
Mülki əhalinin hədəfə alınması göstərir ki, Ermənistan təkcə Azərbaycan üçün təhdid deyil, bölgədə sülhə təhlükə yaradan islah olunmaz bir terror dövlətidir. Bu təxribatlara görə ancaq Ermənistan məsuliyyət daşıyır. Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Ermənistanın cəbhə xəttində törətdiyi genişmiqyaslı təxribatlarla bağlı açıqlamasında deyib. O bildirib ki, Türkiyə bütün gücü ilə Azərbaycanın yanında olmaqda davam edəcək.Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar isə bildirib ki, bölgədə ciddi təhlükə yaradan bu təcavüzkarlığın qarşısı dərhal alınmalıdır.
Fərid Mehdiyev