Ağırlıqqaldıranlarımız Ankarada keçirilən beynəlxalq turniri 6 medalla başa vurublar
Azərbaycan ağırlıqqaldıranları Türkiyənin paytaxtı Ankarada keçirilən beynəlxalq turniri 6 medalla başa vurublar. Son olaraq qadınların yarışında 76 kq çəki dərəcəsində mübarizə aparan Rahilə Hüseynzadə bürünc medal qazanıb. Toplamda 179 kq nəticə göstərən Hüseynzadə yekun sıralamada 3-cü olub. Nazilə İsmayılova 3 bürünc medala sahib çıxıb. Tehran Məmmədov və Ömər Cavadov isə hərəyə bir gümüş medalla kifayətləniblər.