Ağır qəzalar olub, ölən və xəsarət alanlar var
Şabranda Məmmədəli Quliyev idarə etdiyi "Opel" markalı avtomobil 16 yaşlı qızı vuraraq öldürüb.
Qusarda isə “ISUZU” markalı avtomobilin vurduğu 7 yaşlı oğlan həyatını itirib.
Hacıqabulda minik avtomobili “KamAZ” markalı yük maşınına çırpılıb. Bakı sakini Bayram Allahverdiyev və Ağstafa sakini Əhməd Əhmədov xəsarətlər alıblar.
Göyçayda isə qəzada aldığı xəsarət nəticəsində Bığır kənd sakini İlkin Fətəliyevin qolu amputasiya edilib.
Vüsalə Cənnətova

