Ağır avtoqəzada 3 nəfər ölüb, yaralılar var
Naxçıvan-Şahbuz magistralında, Babək rayonu Vayxır kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Niva" ilə "Hundai"ın toqquşması nəticəsində "Niva"da olan 3 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri alıb. Digər avtomobildə olan 3 sərnişin isə ağır yaralanıb. Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev