Ağstafada ötən il evə basqın edən şəxslər tutulub
Ötən il dekabrın 18-də Ağstafada evlərdən birindən edilən quldurluğun üstü açılıb. Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən Pərviz Yolçuyev və Ümid Zeynalovu saxlayıblar. Maska taxaraq evə girən şəxslər ev sahibəsini bıçaqla hədələyərək, 250 manat pulunu, qızıl üzüyünü və sırğasını quldurluq yolu ilə talayıblar.
Fərid Mehdiyev