Ağstafada X sinif şagirdi məktəbdə qəflətən ölüb
Ağstafanın 1 nömrəli tam orta məktəbində X sinif şagirdi məktəbdə qəflətən ölüb. Rayon sakini, 2007-ci il təvəllüdlü Fariz Qasımovun tənəffüsdə halı pisləşib. Daha sonra o, xəstəxanaya aparılıb. Lakin məktəblinin öldüyü məlum olub.