Ağstafada sərhədi pozmağa cəhd göstərən 3 Pakistan vətəndaşı saxlanılıb
“Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Pakistan vətəndaşı saxlanılıb. Onların ölkə ərazisinə rəsmi qaydada gəlmələri, Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Fərid Mehdiyev