Ağdaşda qəza olub, xəsarət alan var
Ağdaşın Yuxarı Ləki kəndində "VAZ" markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində müxtəlif xəsarətlərlə zədələnmiş həmin şəxs nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Nərgiz Camalzadə