Ağdaşda narkotik və oğurluğa görə 9 nəfər tutulub
Ağdaşda 3 evdən məişət və qızıl-zinət əşyaları, eləcə də mobil telefon oğurlanıb. Əməli törətməkdə şübhəli bilinən keçmiş məhkum Mənsur Məhərrəmov tutularaq istintaqa təhvil verilib. Avtomobil təmiri məntəqəsindən nəqliyyat vasitəsinin ehtiyat hissələrini oğurlayan rayon sakini Firqət Quliyev də saxlanılıb. Polis keçirdiyi növbəti əməliyyatlar nəticəsində isə daha 7 nəfər rayon sakini tutulub. Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr aşkarlanıb.