Ağdaş xəstəxanasında mənimsəmə ilə bağlı cinayət işi başlanıb
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Tibb müəssisəsinin maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən vəzifəli şəxslər tərəfindən faktiki olaraq əmək fəaliyyəti yerinə yetirilmədiyi halda əmək haqqı hesablanıb ödənilməsi, təmir işləri ilə əlaqədar nəzərdə tutulandan artıq pul vəsaitlərinin köçürülməsi və digər yollarla xeyli miqdarda pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Fərid Mehdiyev