Ağdaş və Ucarda bıçaqlanma hadisələri baş verib
Ağdaşda rayon sakini Röyal Məmmədov bıçaqla Ehtiram Əzizova xəsarət yetirib. O, hadisədən sonra ərazidən uzaqlaşıb. Tərəflər arasında mübahisənin borc üstündə baş verdiyi bildirilir. Əməli törədən şəxs saxlanılıb.
Ucarın Qaradağlı kəndində isə münaqişə zamanı əmi qardaşı oğluna bıçaqla ağır xəsarət yetirib. 26 yaşlı Yasin Həşimov xəstəxanaya yerləşdirilib, 64 yaşlı Səməndar Həşimov isə saxlanılıb. Araşdırmalar aparılır.
Fərid Mehdiyev