Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək
“Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır. Ümid edirəm ki, bizim müştərək yolumuz çox uğurlu olacaq”. Bu sözləri Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı 2 ölkə arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında konkret danışıqlara da artıq start verildiyini vurğulayıb. Prezident bildirib ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək.
Fərid Mehdiyev