Ağdama köç gələn il reallaşacaq
Gələn ay Ağdamda daha bir yaşayış məhəlləsinin inşasına başlanılması nəzərdə tutulub. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib ki, hazırda Ağdamda Sarıcalı, Xıdırlı və Kəmgərli kəndlərinin inşası da gedir. Bu ilin sonuna kimi işlərin ikinci mərhələsinin yekunlaşdırılması, gələn il isə həmin ərazilərə əhalinin köçürülməsi planlaşdırılıb.
Fərid Mehdiyev