Ağcabədidə oğrular, narkotacirlər və silah saxlayan şəxs saxlanılıb
Ağcabədidə fərdi yaşayış evlərindən oğurluq edən 6 nəfər saxlanılıb. Onların qızıl-zinət əşyaları, nağd pul və xırdabuynuzlu heyvan oğurlamaqla zərərçəkmişlərə 13 000 manatdan artıq ziyan vurduqları müəyyən edilib.
13 nəfər isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb. Onlarda 13 kiloqrama yaxın müxtəlif adda narkotik vasitə aşkar edilib.
Keçirilən digər tədbirlərlə, rayon sakini Hüseyn Əhmədov da saxlanılıb. Onun yaşadığı ünvandan “AK-74” markalı avtomat, həmin silaha məxsus sandıqça və 4 ədəd patron götürülüb.
Vüsalə Cənnətova