Ağcabədidə mənşəyi məlum olmayan 70 kq heyvan cəmdəyi aşkarlanıb
Ağcabədinin Aşağı Avşar kənd sakini Hüseynov Fuad Tahir oğluna məxsus evin həyətyanı sahəsində mənşəyi məlum olmayan 70 kq heyvan cəmdəyi hissələri və heyvan sümükləri aşkar edilib. Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, insan istehlakı üçün yararsız olduğu müəyyən olunan ət saxlanca qoyulub, nümunələr isə labaratoriyaya təqdim edilib. Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
Nərgiz Camalzadə