Ağcabədidə kişi sevgilisini bıçaqladı
Ağcabədidə Qənbərov Şükür Eldəniz oğlu ilə qeyri-rəsmi nikah münasibətlərində olduğu 1997-ci il təvəllüdlü İbrahimova Sücayət Məcid qızının arasında qısqanclıq zəminində münaqişə yaranıb. Kişi üzərində gəzdirdiyi mətbəx bıçağı ilə qadının bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiirlib. Qazaxın Canalı kəndində isə başqa bir xoşagəlməz hadisə yaşanıb. Ümumi sahəsi 740 m² olan fermanın dam örtüyünün konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər FHN əməkdaşları tərəfindən alovdından mühafizə olunub.