Ağcabədidə keçmiş məhkumdan narkotik aşkarlanıb
Ağcabədidə polis əvvəllər məhkum edilmiş Ruslan İsmayılovun üzərindən marixuana aşkar edərək götürüb. İsmayılovun avtomobil təmir sexlərindən qaynaq aparatı və avtomobil ehtiyat hissələri oğurlamaqla zərərçəkmişlərə 1500 manat miqdarında ziyan vurduğu da məlum olub. Faktlar araşdırılır.
Fərid Mehdiyev