Ağcabədi və Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
Ağcabədidə rayon sakinləri Ayxan Quliyev və İsa Cəfərovun idarə etdikləri müvafiq olaraq "Mercedes" və "Lada" markalı avtomobillər toqquşub. Nəticədə "Lada"nın sərnişini Rəşadət Abbasov ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Şəmkirin Sərxan yaşayış massivində isə idarəetmənin itməsi nəticəsində avtomobil yoldan çıxaraq qəbiristanlığın hasarına çırpılıb. Qəza zamanı sürücü, 1975-ci il təvəllüdlü Kəmalə Çündü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.