Ağcabədinin Rəncbərlər kəndində toy karvanına daxil olan “VAZ 2107” “Mercedes” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan 2 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Gəncə-Şəmkir magistralının Göygöldən keçən hissəsində də "Mercedes" ilə "VAZ" toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Gəncənin “Aeroport yolu” adlanan hissəsində isə “VAZ 2107” illə “FORD” markalı orta tonnajlı avtomobil toqquşub. Qəzaya səbəb avtomobillərdən birinin buzlu şəraitdə əyləcdən düzgün istifadə etməməsi olub. Gəncədə 13 saylı məktəbin yanında da qəza olub. Küçə ilə eniş edən sərnişin avtobusu sürüşmə nəticəsində yol kənarında olan elektrik dirəyinə çırpılıb. Xoşbəxtlikdən hər iki hadisə nəticəsində avtomobillər zədə alsa da, xəsarət alan olmayıb.