Azərbaycanın xarici işlər naziri isveçrəli həmkarı ilə görüşüb
Cenevrədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin dövlət katibi Livia Leu ilə görüşüb. Bu barədə Ceyhun Bayramov "Twitter" hesabında bildirib. Azərbaycanlı nazir isveçrəli həmkarını oktyabrın 2-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi görüş barədə məlumatlandırıb. "Ümid edirik ki, bu görüş regionumuzda sülhə təkan verəcək", deyə Ceyhun Bayramov qeyd edib.