Azərbaycanın müdafiə naziri Türkiyəli həmkarı ilə görüşüb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "Qardaş yumruğu" birgə təliminin mühüm əhəmiyyətə malik olduğu xüsusi vurğulanıb. Qarşılıqlı maraq doğuran mövzulara dair aparılan fikir mübadiləsi zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik məsələləri də müzakirə edilib.