Azərbaycanın könüllü həkimləri Kahramanmaraşda fəaliyyətə başlayıb
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gələn Azərbaycan Könüllü həkimləri Kahramanmaraşda fəaliyyətə başlayıb. Hospitalda 15 nəfərlik heyət çalışır. Burada cərrah, travmatoloq, reanimatoloq fəaliyyət göstərir. İndiyə qədər hospitala 300-dən artıq xəstə müraciət edib. Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 31 974 nəfərə çatıb.
Vüsalə Cənnətova