Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti bərpa ediləcək
Azərbaycanın İrandakı səfirliyinin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, səfirliyin daha təhlükəsiz və zəruri olan bütün tələblərə cavab verən yeni məkana köçürülməsi istiqamətində İran tərəfi ilə müvafiq iş aparılıb. Səfirliyin yeni məkanı artıq müəyyən edilib. Bu yöndə müvafiq tədbirlər görülür.
Zülfiyyə Telmanqızı