Azərbaycanın iki güləşçisi Dünya Kubokunda iştirak edəcək
Azərbaycanın 2 güləşçisi dekabrın 10-da ABŞ-ın Ayova ştatının Koralvill şəhərində start götürəcək Dünya Kubokunda iştirak edəcək. Sərbəst və qadın güləşi üzrə 2 gün davam edəcək yarışda ölkəmiz fərdi qaydada təmsil olunacaq. Sərbəst güləşdə Dünya yığmasının tərkibində Osman Nurmaqomedov qadın güləşində isə Jalə Əliyeva qüvvəsini sınayacaq.