Azərbaycanın daha 3 boksçusu qızıl medal üçün vuruşacaq
Azərbaycanın daha 3 boksçusu Polşanın Keltse şəhərində keçirilən beynəlxalq turnirdə finala yüksəlib. Onlardan Nəbi İsgəndərov həlledici görüşdə polşalı Pavel Suleçki ilə münasibətinə aydınlıq gətirəcək. Murad Allahverdiyev finalda moldovalı Andrey Çiryasovla qarşılaşacaq. Alfonso Dominges isə polşalı Klemens Şepanyakla üz-üzə gələcək. 16 ölkənin iştirakı ilə keçirilən turnirə noyabrın 13-də yekun vurulacaq.