Azərbaycanın BMT-yə tamhüquqlu üzv olmasından 31 il ötür
Bu gün Azərbaycanın BMT-yə tamhüquqlu üzv olmasından 31 il ötür. 1992-ci il martın 2-də BMT Baş Assambleyasının 46-cı sessiyasında Azərbaycanın üzvlüyə qəbul olunmasına dair qətnamə qəbul edilib. Azərbaycanın BMT-yə üzv olması yenicə müstəqilliyini bərpa etmiş bir ölkə üçün dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulmasında, xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında önəmli rol oynayıb.
Nərgiz Camalzadə