Azərbaycanın amputant fubol millisi Fransada növbəti oyununa çıxacaq
Azərbaycanın futbol üzrə amputant millisi Fransanın Evian şəhərində təşkil olunan Avropa çempionatında bu gün növbəti matçına çıxacaq. Yığma 9-16-cı yerlər uğrunda qarşılaşmada ilk olaraq Yunanıstan ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.
Fərid Mehdiyev