Azərbaycanı dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub
Azərbaycanı İsraildə keçiriləcək dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub. Aydın Süleymanlı, Qədir Hüseynov, Vüqar Əsədli və Rauf Məmmədov rapid üzrə yığmanın heyətində mundialda iştirak edəcək. Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da 19 - 26 noyabrda keçiriləcək çempionatda millinin şərəfini qoruyacaq.