Azərbaycanlı futbolçuların oynadığı klublar pley-off matçına çıxacaqlar
Azərbaycanlı futbolçuların oynadığı klublar Türkiyə Superliqasına vəsiqə uğrunda pley-off matçına çıxacaqlar. Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" I mərhələdə "Bodrumspor"la üz-üzə gələcək.
Yığmanın digər üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Kocaelispor" isə "Çorum"un müqavimətini qırmağa çalışacaq.
Azad Mustafayev