Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
Azərbaycandan Ukraynaya humanitar yardımın növbəti partiyası göndərilib. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski özünün "Facebook" səhifəsində yazıb. "Ukraynaya daha bir humanitar yük göndərilir - Xerson onkoloji xəstəxanası üçün generator avadanlığı və 600 kiloqramlıq tibbi yardım", - deyə səfir qeyd edib.