Azərbaycandan Türkiyəyə edilən yardımların həcmi açıqlanıb

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə müvafiq hərbi hissələrdə yaradılan toplama məntəqələrində yığılan yardım ləvazimatları növbəti yük avtomobili ilə Türkiyəyə yola salınıb. Toplama məntəqələrində Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvləri tərəfindən zəlzələ nəticəsində zərər dəymiş bacı və qardaşlarımıza quru qida, təmizlik ləvazimatları, geyim əşyaları, eləcə də yataq, istilik, kiçik məişət avadanlıqlarının və həyati əhəmiyyəti olan digər əşyaların toplanması üzrə tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımını aparan xüsusi təyinatlı nəqliyyat vasitələri qardaş ölkəyə yola düşüb. Bakıdan gələn yardım karvanı Gəncədən keçməklə qardaş ölkəyə yollanıb. Nazirliyin 16 ədəd nəqliyyat vasitəsilə zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 830 ədəd çadır və 279 ədəd qızdırıcı yola salınıb. Nazirliyin digər yardımı isə xüsusi təyyarə ilə qardaş ölkəyə yola salınıb. Yardıma mobil səhra hospitalı, qızdırıcılar və çadırlar daxildir.
Azərbaycandan Türkiyəyə 855 000 manat maddi yardım edilib. Xarici İşlər Nazirliyinin öz "Twitter" səhifəsində yaydığı məlumata əsasən, humanitar yardım Türkiyəyə 8 təyyarə və 24 yük avtomobili vasitəsilə çatdırılıb.
Nərgiz Camalzadə

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik