Astara Gömrük İdarəsinin əməkdaşları İrandan Bakıya “plastik mətbəx əşyaları” yükü gətirən həmin ölkə vətəndaşının idarə etdiyi yük maşınına baxış keçirib. Yüklərin içərisindən 4 kq 65 qram heroin və 868 qram metamfetamin aşkar edilib.
Ağdamda polis saxlanılan Faiq Hüseynovdan metamfetamin, heroin, marixuana və metodon həbləri götürüb. Onun narkotik satdığı Ələmdar İsmayılov da metamfetaminlə yaxalanıb. Faiq Hüseynov narkotikləri sosial şəbəkədə tanıdığı 2 İran vətəndaşı vasitəsi ilə əldə etdiyini bildirib.
Şəkidə isə 49 yaşlı Astara sakini İlyas Dadaşov 2 kiloqram 100 qram heroin və 3 kiloqram marixuana ilə saxlanılıb. O, qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən narkotiki Rusiya ilə sərhədyanı əraziyə çatdırmalı imiş. Barəsində həbs qətimkan tədbiri seçilib.
Vüsalə Cənnətova